İtaliyanın Maliyyə Qvardiyasının (Maliyyə Nazirliyinin güc bölməsi – red.) 500-ə yaxın əməkdaşı bütün ölkə ərazisində “Ndranqeta” mafiya qruplaşmasına qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirir.

Bu barədə ANSA agentliyi məlumat yayıb.

Recco Kalabriya əyalət Prokurorluğu tərəfindən aparılan istintaq zamanı məmurların və sahibkarların mafiya klanları ilə əlaqələri aşkarlanıb. Məlumata görə, onlarla şəxs saxlanılıb, 11 məmur mafiya ilə əlaqədə şübhəli bilinir. 103 milyon avro məbləğində daşınmaz və digər növ əmlakın müsadirə edildiyi qeyd olunur.

Qeyd edək ki, narkotik ticarəti ilə də məşğul olan “Ndranqeta” mafiyası İtaliyanın ən nüfuzlu kölgə təşkilatı hesab olunur. Bir neçə il əvvəl Kalabriya mafiyasının ölkənin şimal bölgələrində, eləcə də digər Avropa ölkələrində qanuni biznes yolu ilə “çirkli pulları” yuduğu müəyyən edilmişdi.

İstinadlar Report