
İtaliyanın xarici işlər naziri Antonio Tayani Fransanın istənilən hökuməti ilə işləməyə hazır olduğunu bəyan edib.
Bu barədə “LCI TV”yə müsahibəsində deyib.
“Avropa Xalq Partiyası ilə Le Penin partiyası arasında fərqlər varmı? Bəli deyəcəm. Amma bu o demək deyil ki, mən xarici işlər naziri kimi bu siyasi ailənin nümayəndələri arasından nazir təyin olunsaydı, onunla dialoqa getmək istəməzdim”, – deyə Antonio Tayani söyləyib.