İtaliya hakimiyyəti Ukraynada münaqişə başlayandan bəri Kiyevə yenidən silah tədarükü ilə bağlı yeni idarələrarası fərman hazırlayır.

Bu barədə “Il Messaggero” qəzeti yazıb.

Qeyd olunub ki, tədarük edilən silahların siyahısı ilə bağlı yekun qərar NATO-nun ayın sonunda Madriddə keçiriləcək sammitindən sonra alyansdakı tərəfdaşlarla razılaşdırıldıqdan sonra veriləcək.

Nəşr vurğulayır ki, əvvəlki dövrlərdə olduğu kimi, silahların siyahısı təsnifləşdiriləcək, lakin onun məlumatlarına əsasən, bura M130 özüyeriyən artilleriya qurğusu, həmçinin haubitsalar və zirehli hərbi maşınlar daxil olacaq.

İstinadlar Report