“Ağdam şəhərində hər şey məhv edilib. Bu şəhərin böyük ağrısını hiss etmək, insanların burada əziyyət çəkdiyini görmək mümkündür. İndi yenidən başlamağın, yenidənqurma barədə düşünməyin vaxtıdır”.

Bunu “Report”a İtaliyanın Azərbaycandakı yeni təyin olunmuş səfiri Klaudio Taffuri deyib.

K.Taffuri Qarabağın yenidən qurulması prosesində İtaliyanın da iştirak etməyə hazır olduğunu bildirib.

“Bir çox İtaliya şirkəti buna hazırdır və yenidənqurma işində iştirak etməyə ümidvardırlar”, – diplomat bildirib.

İstinadlar Report