İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri “AzərenerjiASC” ASC-nin prezidenti Baba Rzayev və “Ansaldo Energia” şirkətinin baş direktoru Fabbri ilə birlikdə Mingəçevir Su Elektrik Stansiyasında olub.

Bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, “Ansaldo” tərəfindən istehsal olunan yeni qaz turbinlərinin quraşdırılması prosesinin gedişi yoxlanılıb.