İtaliyanın sahilində qanunsuz miqrantları daşıyan qayıq batıb, 20-dən çox insan itkin düşüb.

Qayıq Lampedusa adası sahilində batıb.

Yeddi nəfəri xilas etmək mümkün olub, onların arasında Almaniyada yaşayan atası ilə birləşməyi ümid edən 8 yaşlı suriyalı oğlan da var. Onun anası da gəmidə olub, lakin taleyi bəlli deyil.

Sağ qalanlar itkin düşənlər arasında beş qadın və üç uşağın olduğunu açıqlayıblar.

İstinadlar Report