İtaliya hakimiyyəti İranda aksiyada iştirak edən şəxsin edam edilməsi ilə bağlı xəbərlərdən hiddətləndiyini bildirib.

Bu barədə İtaliyanın Baş naziri Corca Meloninin bəyanatında deyilir.

“İtaliya hökuməti İranda azadlıq nümayişlərinə qoşulan gənc Möhsün Şekari barəsində çıxarılan ölüm hökmündən qəzəblənib. İran hakimiyyətinin bu qəbuledilməz repressiyası iranlı qadın və gənclərin həyat və azadlıq tələblərini dayandıra bilmədiyi kimi beynəlxalq ictimaiyyəti də biganə qoya bilməz”, – bəyanatda vurğulanıb.

İstinadlar Report