İtaliya hökuməti güclü yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi İskiya adasında fövqəladə vəziyyət elan edib.

Bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Hökumətin iclasında fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün 2 milyon avro ayrılıb. Bu, əhali üçün bir il ərzində maliyyə yardımını nəzərdə tutur.

Daha əvvəl bildirilib ki, sürüşmə nəticəsində 1 nəfər – 31 yaşlı qadın ölüb, uşaqlar da daxil olmaqla 11 nəfər itkin düşüb. Axtarışlar davam edir.

İstinadlar Report