İtaliya hökuməti bu il hərbi xərcləri 800 milyon avro artıracaq.

Bu barədə “La Stampa” qəzeti məlumat yayıb.

Bildirilib ki, bu ölkə müdafiə xərclərini 2022-ci ildəki 25,7 milyard avrodan 2023-cü ildə təxminən 26,5 milyard avroya qədər artıracaq.

Qeyd edilib ki, İtaliya çoxfunksiyalı FREMM tipli freqatların sayının üçdən altıya çatdırılmasını, o cümlədən daha iki sualtı qayıq, həmçinin sualtı qayıq əleyhinə iki təyyarə alınmasını planlaşdırır.

İstinadlar Report