İsveçrədə işləyib-işləməməyindən və sosial vəziyətindən asılı olmayaraq digər gəlirlərindən əlavə hər bir vətəndaşa dövlət tərəfindən aylıq sabit maaş verilməsi təklifi ilə bağlı keçirilən referendumun nəticəsi məlum olub.

Azerbaycan 24 xəbər verir ki, ümumxalq səsverməsində əhalinin 78 faizi böyüklərə ayda 2500 İsveçrə frankı (2562 dollar) uşaqlara isə ayda 625 İsveçrə frankı (630 dollar) məbləğində şərtsiz baza maaşı verilməsini nəzərdə tutan təklifin əleyhinə səs verərək ona “yox” deyiblər.

Əhalinin böyük əksəriyyətinin rəyi ondan ibarətdir ki, heç nə etmədən hökümətdən hər ay baza gəliri ilə təmin edilmə ideyası əmək haqqı və iş arasındakı ənənəvi bağlanıtnı qıraraq cəmiyyət üçün gələcəkdə pis meyllər yarada bilər. Eyni zamanda, bu insanın özünə inam və yaşamaq həvəsini azalda, həyatdan bezməsi ilə nəticələnə bilər. İqtisadi baxımdan isə dövlət büdcəsinə əlavə yük yarada bilər.

Qeyd edək ki, ölkə qanunvericiliyinə əsasən hər hansı təklifin referenduma çıxarılması üçün 100 min imza toplanması lazımdır. Bu təklifin də referenduma çıxması üçün 100 min imza toplanıb. Lakin göründüyü kimi, heç də hamı havayı pul almaq istəməyib.

Oxumağa dəyər:   Paşinyanın arvadı açıq-saçıq geyiminə görə təhqir edildi - FOTOLİNK

Beləliklə, İsveçrə Avropada hər kəsə aylıq baza maaşı verilməsini nəzərdə tutan təklifi referenduma çıxaran ilk ölkə olub.

Hazırda oxşar xarakterli pilot layihələrə Finlandiya, Hollandiya, Norveç, Kanada kimi ölkələrdə da baxılır və eksperimental icrası həyata keçirilir.

Bu ideyanın tərəfdarları hesab edir ki, əgər əlavə pulun verilməsi cəmiyyətdə kriminal meylləri (o cümlədən intihar hallarını) artırmazsa əhalinin havayı olaraq kifayyət qədər pulla təmin edilməsi onların əksər insani ehtiyaclarının ödənilməsi baxımından ümumi rifahı yüksəldə, insanların fərdi inkişafını stimullaşdıra və cəmiyyətin daha xoşbəxt yaşayışına təminat yarada bilər.

İdeyanın məğzi ondan ibarətdir ki, hər kəsin lazımı yaşayış ehtiyaclarını tam ödəmək imkanının olmasına fundamanental insan hüququ kimi baxılmalıdır.

İdeyanın tərəfdarları qeyd edir ki, əvvəl-axır bu təklif həyata keçiriləcək, çünki elmi-texnoloji inkişaf və robotlardan geniş istifadə yaxın illərdə əmək bazarında insanlara ehtiyacı minimuma endirəcək və iş-maaş sistemi öz aktuallığını itirəcək.