İsveçrə parlamentinin hər iki palatası rəsmi olaraq Federal Nəqliyyat Departamentinin rəhbəri Simonetta Sommaruqanı 2020-ci il üçün prezident seçib.

Qeyd olunur ki, S.Sommaruqa 2019-cu il yanvarın 1-dən İsveçrənin federal müşaviri və vitse-prezidenti vəzifələrini icra edib.

Xanım siyasətçi 2010-cu ildən federal şuranın üzvüdür, 2015-ci ildə də ölkə prezidenti olub.

Gələn il vitse-prezident postunu isə Federal İqtisadiyyat, Elm və Təhsil Departamentinin hazırkı rəhbəri Qi Parmelan tutacaq.

İstinadlar Report