İsveçrənin Bivio kommunasında kiçik mühərrikli təyyarə və planer qəzası nəticəsində azı beş nəfər həlak odub.

Bu barədə Qraubyunden polisi məlumat yayıb.

Planer qəzası və pilotun həlak olması haqqında informasiya polisə şənbə günü daxil olub. Hadisə yerində xilasetmə işi əlverişsiz hava şəraiti ilə əlaqədar bazar günü başlayıb. Əməliyyatın gedişatında planerin düşdüyü yerdən 1 kilometr məsafədə qəzaya uğramış yüngül mühərrikli təyyarə də aşkar edilib. Qəza zamanı onun pilotu və üç sərnişin, həmçinin bir uşaq həlak olub.

İstinadlar Report