İsveçrədə daha 22 nəfər koronavirus infeksiyasından ölüb.

Bununla da ölkədə virus qurbanlarının sayı 257 nəfərə çatıb.

Bundan başqa, koronavirus daşıyıcılarının rəsmi sayında da artım müşahidə edilib. Belə ki, daha 1 123 nəfərdə virus qeydə alınaraq ölkədə infeksiyaya yoluxanların sayı 14 336 nəfərə yüksəlib.

Qeyd edək ki, İsveçrə hər milyon nəfərə düşən virus daşıyıcısının sayına görə lider ölkələrdəndir. Belə ki, ölkədə hər milyon nəfərə təqribən 1 700 koronavirus daşıyıcısı düşür.

İstinadlar Report