İsveçrədə Alp dağlarında buzlağın uçması nəticəsində iki alpinist ölüb, eyni sayda alpinist isə ağır yaralanıb.

Bu barədə Vale kantonu polisi məlumat yayıb.

Ölənlər Fransa və İspaniya vətəndaşlarıdır.

Hadisə səhər Qrand Kombin dağ silsiləsinin 3 400 metr hündürlüyündə baş verib.

Ərazidə ümumilikdə 17 alpinist olub. Qalan alpinistlər də helikopterlə təxliyə edilib.

İstinadlar Report