Şənbə günü İsveçrənin qərbində yerləşən Fribur və Vo kantonlarında qar uçqunu nəticəsində iki nəfər həyatını itirib.

Bu barədə yerli “swissinfo.ch” portalı yazıb.

Bildirilir ki, Fribur kantonunun Şarme bələdiyyəsində qar uçqunu 14 nəfərdən ibarət qrupun bir yerdə hərəkət etməsindən sonra baş verib. Nəticədə 3 nəfər qar kütləsinin altında qalıb və vertolyotlarla xəstəxanaya çatdırılıb.

Zərərçəkənlərdən 55 yaşlı birinin həyatını xilas etmək mümkün olmayıb.

Bənzər hadisə Vo kantonunun Şato-d’O bələdiyyəsi ərazisində də baş verib. Burada Fransadan olan 3 xizəkçi qar topası altında qalıb. Xilasedicilər iki nəfəri qarın atından sağ çıxarda biliblər, lakin 39 yaşlı kişi həyatını itirib.

İsveçrədə qar uçqunu nəticəsində bir qrup turist itkin düşüb.

İstinadlar Report