İsveçrə hakimiyyəti istismardan çıxarılan “Rapira” zenit-raket komplekslərini məhv etməyi və onları Britaniyaya geri göndərməməyi planlaşdırır.

Bu barədə “Kommersant” qəzeti yazıb.

İngilislərin bu hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərmək istədiyi güman edilir. İsveçrə “Rapira”ları1980-ci ildə Britaniyadan alıb.

Hərbi ekspert Peter Şnayder etiraf edib ki, silah yeni deyil, lakin köhnəlməyib və pilotsuz təyyarələrə, helikopterlərə və döyüş təyyarələrinə qarşı istifadə oluna bilər.

İstinadlar Report