İsveçrə Federal Şurası Avropa İttifaqının (Aİ) altıncı məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə Federal Şuranın mətbuat xidməti məlumat yayıb.

Əlavə sanksiyalara Rusiya xam nefti və bəzi neft məhsullarına embarqo qoyulması, onların alınması, idxalı, tranziti və daşınması, habelə sığorta da daxil olmaqla əlaqəli xidmətlər daxildir.

Avropa İttıfaqında olduğu kimi, İsveçrədə də embarqo mərhələli şəkildə həyata keçiriləcək. Bütün tədbirlər 2023-cü ilin əvvəlində qüvvəyə minəcək.

Bundan əlavə, Federal Şuranın qərarı Rusiya hökumətinə və hüquqi şəxslərə mühasibat uçotu, ictimaiyyətlə əlaqələr və biznes konsaltinq xidmətlərinin göstərilməsinin qadağan edilməsini nəzərdə tutur.

İstinadlar Report