İsveçrə Rusiyanın 7,7 milyard İsveçrə frankı (8,8 milyard ABŞ dolları) dəyərində aktivlərini dondurub.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, söhbət 2022-ci illə müqayisədə bir qədər artırılmış ilkin rəqəmlərdən gedir.

2022-ci ilin dekabrında bu ölkənin hakimiyyəti Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarına qoşulduqdan sonra Rusiyanın 7,5 milyard İsveçrə frankı (8,4 milyard dollar) məbləğində aktivlərinin dondurulduğunu bildirib.

İstinadlar Report