İsveçrənin bütün Avropa ərazisində qoşunların sərhədlərdə gecikmə olmadan sürətlə yerləşdirilməsinə yönəlmiş “hərbi Şengen” proqramında iştirakı ölkənin neytrallığına zidd deyil.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Mirey Fleri bildirib.

“Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə məsələləri üzrə Daimi Strukturlaşdırılmış Əməkdaşlıq (PESCO) çərçivəsində hərbi mobillik üzrə konkret əməkdaşlıq İsveçrənin neytrallıq öhdəliyinə uyğun olaraq həyata keçirilir. Bu, heç bir öhdəlik və ya çeviklik tələb etmir. İsveçrə neytrallıq öhdəliyini nəzərə alaraq gələcəkdə hər bir tranzit müraciətinə fərdi qaydada baxmağa davam edəcək”, – o deyib.

İstinadlar Report