İsveçrə Avropa İttifaqının (Aİ) Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinə cavab olaraq qəbul etdiyi 13-cü sanksiya paketinə qoşulub.

Bu barədə İsveçrə hökuməti – Federal Şura məlumat yayıb.

“29 fevral 2024-cü il tarixində sanksiyalara cavabdeh olan Federal İqtisadiyyat, Təhsil və Tədqiqatlar Departamenti Rusiyaya qarşı yeni tədbirlər görüb. Beləliklə, İsveçrə Aİ-nin 13-cü sanksiyalar paketinə qoşulub”, – məlumatda diqqətə çatdırılıb.

İstinadlar Report