
İsveç Müdafiə Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin nümayəndələri artıq Ukraynadadır.
Bu barədə İsveçin müdafiə naziri Pol Yonson “The Kyiv Independent” nəşrinə müsahibəsində bildirib.
O, nazirliyin neçə nümayəndəsinin Ukraynada olduğunu və onların ölkəyə nə vaxt gəldiyini açıqlamayıb. Nazir qeyd edib ki, İsveç Ukrayna əsgərlərinin elə bu ölkənin ərazisində təlim keçməsi mümkünlüyünü istisna etmir. “Düşünürük ki, bu məsələdə vahid fikrə gələ bilsək, yaxşı olar, hazırda bununla bağlı Avropanın bir neçə müxtəlif nöqtəsində müzakirələr aparılır”, – Yonson bildirib.