İsveçin Türkiyənin paytaxtı Ankaradakı səfirliyi mümkün nümayişlərə görə bağlıdır.

Bu barədə İsveç Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Ötən həftə sonu səfirlik qarşısında toplaşan qəzəbli kütlə müxtəlif şüarlar səsləndirib, İstanbuldakı konsulluğun qarşısında toplaşan etirazçılar isə İsveç bayrağını yandırıblar.

Bazar ertəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasından sonra İsveç NATO-ya üzv olmaq səylərində rəsmi Ankaranın dəstəyinə ümid edə bilməz.

İstinadlar Report