İsveçdə koronavirusun yayılmasının pik nöqtəsi yanvarın sonuna proqnozlaşdırılır.

Bu barədə ölkənin Səhiyyə Təşkilatı məlumat yayıb.

“Səhiyyə departamentinin yenilənmiş hesabatında infeksiyanın yayılmasının daha iki həftə ərzində kəskin artdığı, yanvarın sonunda pik həddə çatacağı gözlənilir”, – məlumatda deyilir.

İnfeksiyanın sürətlə yayılması virusun yeni mutasiyasının – “omikron”un aktivliyi ilə izah olunur.

İstinadlar Report