“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) istifadəyə verib. Bu barədə şirkətin məlumatında deyilir.

Yeni texnologiya informasiyanı saniyədə 1 giqabit sürətlə ötürür. Bu isə “4G” şəbəkəsindən təxminən 4 dəfə çoxdur. “5G” şəbəkəsinə avtomatik qoşulma imkanından mobil rabitə operatorunun yalnız limitsiz internetdən istifadə edən abunəçiləri istifadə edə biləcəklər.

“Tele2” şirkəti “5G” şəbəkəsini mayın 25-də işə salan “Telia” və “Ericsson” mobil rabitə operatorlarını bir gün qabaqlayıb.

Beşinci nəsil mobil rabitə şəbəkəsi daha yüksək buraxılış qabiliyyətinə malikdir. Rekord məlumat ötürmə sürəti 25 Qbit/saniyə təşkil edib. Bu göstərici videonun real vaxt rejimində “8K” (Ultra HD) təsvir ölçüsündə translyasiyasına imkan verir.

İsveç “5G” şəbəkəsini test rejimində istifadəyə verən ilk ölkə olub.

Nizam Nuriyev

İstinadlar ict news