İsveçdə xarici ölkə vətəndaşları ağır yol qəzasına düşüb.

Bu barədə ölkə polisi məlumat yayıb.

Bildirilir ki, hadisə ölkənin şimalında, Kirun şəhərində baş verib. Mikroavtobusun yük avtomobili ilə toqquşması nəticəsində 6 əcnəbi ölüb.

Hadisə zamanı həmçinin daha 1 nəfər yaralanıb. O, xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, hadisəyə mikroavtobusun naməlum səbəbdən qarşıdan gələn yük avtomobilinin hərəkət etdiyi xəttə çıxması səbəb olub.

İstinadlar Report