İsveçin baş naziri Ulf Kristersson “JAS 39 Gripen” qırıcılarının Ukraynaya mümkün təhvili ilə bağlı hələlik yeni məlumat verə bilməyib.
Bu barədə o, İsveçin NATO-ya müraciətinin Macarıstan parlamenti tərəfindən ratifikasiyası ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
“Biz NATO-ya üzv olanda qırıcıların transferi ilə bağlı qərarı açıqlayacağımızı bəyan etmişdik. Lakin biz hələ orada deyilik. Qırıcıların təhvili ilə bağlı heç bir məlumat yoxdur”, – o deyib.