
İsveç Ukraynaya 7,1 milyard İsveç kronu (təxminən 700 milyon dollar) dəyərində – rekord səviyyədə müdafiə sahəsində yardım paketi ayırmağı planlaşdırır.
Bu barədə İsveçin “Dagens Nyheter” nəşri məlumat yayıb.
Bildirilib ki, Ukrayna tərəfinə növbəti yardım partiyasının verilməsi barədə bu gün İsveçin Baş naziri Ulf Kristersson və müdafiə naziri Pol Consonun iştirakı ilə keçiriləcək mətbuat konfranslarında məlumat veriləcək.