İsveç hökuməti Dünya Bankının himayəsi altında Ukrayna və Moldova üçün böhran fonduna 120 milyon kron (11 milyon dollar) ayırıb.
Bu barədə İsveçin xarici ticarət və əməkdaşlıq naziri Benjamin Dusa məlumat verib.
“Dünya Bankı Ukraynada dövlət qulluqçularının maaş və pensiyalarının ödənilməsi, həmçinin enerji və mənzil strukturlarının bərpası kimi mühüm dövlət funksiyalarının saxlanılmasında həlledici rol oynayır. Eyni zamanda, bu vəsaitin ölkədə ibtidai məktəb və gimnaziya təhsilinin gücləndirilməsinə, müəllimlərin ixtisasının artırılmasına və məktəb materiallarının alınmasına kömək edəcəyi gözlənilir”, – o bildirib.