İsveç Moldovaya enerji həssaslığının azaldılması üçün təxminən 8,7 milyon avro məbləğində maliyyə dəstəyi verəcək.

Bu barədə Kişinyovda XİN başçısı, Baş nazirin müavini Mixay Popşoy ilə İsveçin xarici ticarət və beynəlxalq inkişaf əməkdaşlığı naziri Benyamin Dusa arasında keçirilən görüşdə açıqlama verilib.

“Mən xüsusilə vurğulamaq istəyirəm ki, İsveç ölkəmiz üçün çətin olan enerji böhranları dövründə, o cümlədən hazırda yaşadığımız böhran zamanı Moldova Respublikası vətəndaşlarına səxavətli dəstək göstərir”, – M.Popşoy bildirib.

İstinadlar Report