İsveç qaçqınları qəbul etməyə qarşı olan Avropa İttifaqı (Aİ) ölkələrinə qarşı sanksiya tətbiq etməyə hazırdır.

Bu barədə təklifi İsveçin Baş naziri Stefan Löfven “Dagens Nyheter”ə müsahibəsində irəli sürüb.

“Bəli, bunu etməyə hazıram. Çünki nə vaxtsa miqrantları qəbul etməklə bağlı bizdə müştərək məsuliyyət bərqərar olmalıdır. Bir, iki, yaxud üç ölkə bunu daşıya bilmirsə, biz köməyə ehtiyac duyuruq”, – o deyib.

Baş nazir daha sonra bildirib: “Əgər onlar məsuliyyəti üzərlərinə götürməyə hazır deyilsə, bunun müqabilində nəsə verməlidir, bugünkü qayda ilə Aİ yardımlarını qəbul etmələri mümkün deyil. Macarıstan da bunu ən çox edən ölkələrdəndir. Aİ-dən ən böyük dəstək alan ölkənin “yox, biz immiqrasiya məsuliyyətini üzərimizə götürmürük” deməsi haqsızlıqdır”.

S.Löfven bir sıra başqa ölkələrin də bənzər hərəkət etməyə hazır olduğunu vurğulayıb.

İstinadlar Report