İsveçin mayın 17-də NATO-ya üzvlük üçün müraciət edəcəyi gözlənilir.

Bu barədə “Svenska Dagbladet” qəzeti məlumat yayıb.

Ərizənin göndəriləcəyi tarix Finlandiyanın o vaxta qədər üzvlüklə bağlı qərar qəbul edib-etməməsindən asılı olacaq. Finlandiyalı ekspertlərin fikrincə, Suomi parlamentində alyansa üzvlük məsələsi ilə bağlı mayın 16-a planlaşdırılan müzakirələrin ləngiməsi riski var.

Plana görə, iki Şimali Avropa ölkəsi eyni vaxtda Brüsselə sənədlər göndərmək istəyir.

İstinadlar Report