İsveç hökuməti hərbçilərini Malidən çıxarmağı planlaşdırır.

Bu barədə İsveç hökuməti adından xarici işlər naziri Ann Lindenin yaydığı yazılı açıqlamada bildirilib.

“Rusiyanın muzdlu “Vaqner” dəstəsinin hərbçilərinin Malidə yerləşdirilməsinə dair əlimizdə sübutlar var. Hərbi xuntanın normal seçkilərə hörmət etmədiyi də ortadadır. Bunların da bizim birliklərə təsir edəcəyini düşündüyümüz üçün hərbçilərimizi Malidən çıxarmağı planlaşdırırıq”, açıqlamada vurğulanıb.

İstinadlar Report