
İsveç hökuməti İsveç Demokratları Partiyası ilə Ukraynanın hava hücumundan müdafiə sistemlərini gücləndirmək üçün 13,3 milyard krondan çox (1,26 milyard dollar) vəsaitin ayrılması barədə razılığa gəlib.
Bu barədə İsveç Baş nazirinin müavini, energetika, biznes və sənaye naziri Ebba Buş mətbuat konfransında bildirib.
“Yardım paketinə Ukraynanın prioritetləri siyahısında olan avadanlıqlar daxildir. Söhbət iki “ASC 890″ (kəşfiyyat təyyarəsi), artilleriya sursatları və zirehli texnika ilə hava hücumundan müdafiə sistemlərini gücləndirməkdən gedir”, – o qeyd edib.