İstirahət günləri üçün hava

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin noyabrın 24-də axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Kiçik Qafqazda gecə 3-8 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara zonasında hava şəraitinin yağışlı keçəcəyi gözlənilir. Lakin noyabrın 24-də hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Havanın temperaturu gecə 4-6, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Oxumağa dəyər:   İcra Hakimiyyətinin maşını qəza törətdi - Foto

Aran rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 6-10 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 8-13 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin noyabrın 24-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu gecə  2-4, gündüz 5-9 dərəcə isti təşkil edəcək.

İstinadlar Qafqazinfo

İstirahət günləri üçün hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət günlərində gözlənilən hava proqnozunu açıqlayıb. 

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın temperaturu dağətəyi rayonlarda 16-21, dağlıq rayonlarda 13-18 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 16-21, dağlıq rayonlarda 15-19 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 17-22 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 16-21 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə hava əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 17-21 dərəcə isti təşkil edəcək.

Oxumağa dəyər:   "Time" jurnalı ilin adamını seçib

İstinadlar Qafqazinfo