Türkiyənin İstanbul şəhərində hovuz məmulatları istehsalı zavodunda yanğın baş verib.

Yanğının səbəbi hələlik məlum deyil.

Hadisə yerinə 50 yanğınsöndürən, 125 personal və helikopterlər cəlb edilib.

Zavodun içərisindən zaman-zaman partlayış səslərinin gəldiyi bildirlir.

Hadisə nəticəsində ölən və yaralanan yoxdur.

Yanğının ətrafdakı meşə zolağına keçməsinin qarşısı alınıb.

İstinadlar Report