İstanbulun Beşiktaş rayonunda terror törədilən yerə “Şəhidlər təpəsi” adı verilib.

Bu haqda Beşiktaş Bələdiyyəsi Məclisinin fövqəladə toplantısında qərar qəbul edilib.

Qeyd edək ki, dekabrın 10-da İstanbulun Beşiktaş rayonunda törədilən terror aktı nəticəsində 44 nəfər həlak olub,155 nəfər yaralanıb.

Şəhid olanlardan 31-i polis əməkdaşıdır. Yaralıların 14-nün vəziyyəti ağırdır.

Terror aktının məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb.

İstinadlar Report