Türkiyənin İstanbul şəhərində baş verən yanğınlar səbəbindən meşələrə giriş qadağan edilib.

Bu barədə İstanbul Valisi Ali Yerlikaya məlumat verib.

Qeyd olunub ki, qadağa 5 iyul tarixindən 31 iyul tarixinədək qüvvədə olacaq.

Bununla belə İstanbul vilayəti hüdudlarında istirahət zonaları, təbiət parkları, bağlar, parklar və ekoturizm zonaları, idman, gəzintilərinə çıxmağa icazə verilir.

İstinadlar Report