İstanbulun Sabiha Gökçen Hava Limanında jandarm Baş Komandanlığına məxsus hərbi helikopterin arxa hissəsi işıq dirəyinə çırpılıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 17:45-də baş verib. Qəza ilə əlaqədar əraziyə tibb işçiləri, yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib.

Qeyd edilir ki, hadisə zamanı xəsarət alan və ya ölən olmayıb.

İstinadlar Report