İstanbulun Eyüpsultan rayonunda evdən bir ailənin dörd üzvünün meyiti tapılıb.

Bu barədə DHA məlumat yayıb.

“Eyüpsultanda bir evdə eyni ailədən 4 nəfərin meyiti aşkarlanıb”, – agentlik bildirib. Qeyd olunub ki, zərərçəkmişlərin odlu silahla vurularaq qətlə yetirildiyi müəyyən olunub.

Bundan başqa, sözügedən ailədən bir nəfərin itkin düşdüyü də bəlli olub.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Report