Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda Sinoplular Sosial Köməkləşmə və Həmrəylik Dərnəyinə avtomat silahlarla edilmiş hücumda ikisi ağır olmaqla beş nəfər yaralanıb.

Hadisə bölgənin Altınşehir məhəlləsində qeydə alınıb.

Bildirilib ki, yaralananlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Olay yerinə xeyli sayda polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

İstinadlar Report