Türkiyənin İstanbul şəhərində ən böyük kommunikasiya zirvələrindən biri hesab olunan Beynəlxalq Strateji Kommunikasiya Forumu (Stratcom Summit 24) başlayıb.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Kommunikasiyada Süni İntellekt: Tendensiyalar, Tələlər və Transformasiya” mövzusunda bu il dördüncü dəfə təşkil edilən forumda kommunikasiya üzrə rəsmi nümayəndələri bir araya gəlib.
Konfrans çərçivəsində süni intellektin ünsiyyətə təsiri müzakirə edilir, yeni texnologiyaların təqdim etdiyi imkanlar və problemlər araşdırılır.
Forumda Azərbaycanı Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təmsil edir.