Oktyabrın 5-6-sı tarixlərində Türkiyənin İstanbul şəhərində Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu keçiriləcək.

Bu barədə Nazirlikdən məlumat verilib.

İki gün davam edəcək Forumun birinci günündə karbohidrogen və neft-kimya məhsulları, bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, həmçinin enerji tənzimləmə istiqamətləri üzrə fəaliyyət göstərən birgə işçi qruplarının iclasları keçiriləcək.

Tədbirin ikinci günündə isə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərin çıxışları, həmçinin Forumun yekunlarına dair protokolun imzalanması nəzərdə tutulur.

İstinadlar Report