
Türkiyənin İstanbul şəhəri yaxınlığında, Mərmərə dənizində 4,1 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələ ocağı Mərmərə adasının yaxınlığında təxminən yeddi kilometr dərinlikdə yerləşib.