İstanbulda törədilən terror aktı nəticəsində şəhid olanların sayı 44-ə çatıb.

Ölənlərdən 36-sı polis əməkdaşı, 8-i mülki vətəndaşdır.

Terror nəticəsində 155 nəfər yaralanıb.

Qeyd edək ki, dekabrın 10-da İstanbulun Beşiktaş rayonunda terror aktı törədilib. Terrorun məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb. Terrorla bağlı 13 şübhəli saxlanılıb.

İstinadlar Report