Güclü qar səbəbindən reysləri qəbul etməyən İstanbul hava limanının fəaliyyəti saat 13:00-dan sonra bərpa olunacaq.

Bu barədə “Turkish Airlines” şirkətinin baş direktoru Bilal Ekşi məlumat verib.

“Uçuş-eniş zolaqlarının təmizlənməsi istiqamətində fəal işlər aparılır. Saat 13:00-dan sonra hava limanının fəaliyyətini bərpa olunacaq”, – o, tviter səhifəsində yazıb.

İstinadlar Report