Xəbər verdiyimiz kimi, AZAL-ın İstanbul-Bakı marşrutu üzrə hərəkət etməli olan təyyarəsində hələ də texniki problem davam edir.

Bu barədə jurnalist Aygün Muradxanlı feysbuk səhifəsində yazıb:

“AZAL-ın 12.20-də İstanbul-Bakı marşrutu üzrə hərəkət etməli olan uçağında texniki problem yarandığı üçün uçuş 7 saatdır gecikir. 10 saata yaxındır sərnişinlər İstanbul Hava Limanındadırlar. Tranzit uçanlar daha çox. Hamı əldən düşüb. AZAL deyir, düzəlməsə, Bakıdan yeni uçaq göndəriləcək. 7 saat düzəlməmək üçün bəs deyil?”


İstinadlar Qafqazinfo