“Azərbaycan Hava Yolları” aviaşirkətinin İstanbul-Bakı (J2-076) marşrutu üzrə həyata keçirilən reysinin uçuş saatı texniki səbəbdən (kondisioner sistemi ilə yaşanan problem) gecikir.

Xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq lazımi əşyalarla təmin olunacaqlar.

İstinadlar Qafqazinfo