Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi, baş nazirin müavini Məhəmməd bin Salman ilə İsrail baş naziri Binyamin Netanyahu iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasını müzakirə ediblər.

Iki nəfər yüksək vəzifəli müşavirin verdiyi məlumata görə, həmçinin İranla münasibətlər də müzakirə mövzusu olub.

Cəmi iki saatadək davam edən görüş zamanı hər hansı mühüm razılaşma əldə edilmədiyi bildirilir.

Bundan əvvəl Qırmızı dəniz sahilində salınmış yeni Neom şəhərində B.Netanyahu, M.Salman, habelə ABŞ dövlət katibi Mayk Pompeo və İsrailin “Mossad” kəşfiyyat qurumunun rəhbəri Yosef Meir Kohen arasında gizli görüş keçirildiyi bildirilmişdi.

İstinadlar Report