İsrailin xarici işlər naziri Eli Kohen Təl-Əvivdə səfirliyin açılması ilə bağlı tarixi qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bunu İsrailin XİN başçısı Eli Kohen bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündən sonra deyib.

O xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycan səfiri etimadnaməsini İsrail Prezidentinə təqdim edib: “Əminəm ki, səfir Muxtar Babayevin rəhbərlik etdiyi bu diplomatik missiya hökumətlərimiz və xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirəcək mühüm körpü olacaq”.