
“İranın Şimali Koreyaya çevrilməsinə imkan verməyəcəyik”.
Bunu İsrailin xarici işlər naziri Eli Kohen Seulda Cənubi Koreyanın xarici işlər naziri Park Çin ilə görüşdə deyib.
“Cənubi Koreya nüvə təhlükəsi ilə üz-üzədir və onlar da bizim kimi İranın qlobal sülh və sabitlik üçün təhlükə yarada biləcəyini anlayırlar”, – Koen bildirib.
O, Cənubi Koreyadan olan həmkarı ilə İranın nüvə proqramının tənzimlənməsi yollarını müzakirə etdiyini vurğulayıb.